USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandakı “McDonalds”lar üçün çörək Gürcüstandan gətiriləcək

27.01.2021 İqtisadiyyat
0 0
Tbilisidə ABŞ-ın “McDonalds” şirkəti üçün yeni müasir çörək məmulatları zavodu inşa olunacaq.

Bu barədə "McDonalds Gürcüstan" şirkətinin təsisçisi, biznesmen Temur Çkoniya "Formula" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, müəssisə gələn ayın sonunda və ya martın əvvəlində açılacaq: "Dünyada "McDonalds"a məxsus dördüncü olacaq zavoda təqribən 6 milyon avro investisiya qoyulacaq".

İş adamı istehsal olunacaq məhsulun ixraca yönəldiləcəyini qeyd edib: "Məhsul ilk növbədə "McDonalds"ın 22 restoranının olduğu Azərbaycana ixrac olunacaq. Məmulatların Rusiyanın cənub hissəsinə də çatdırılması mümkündür".

  • Əvvəlki

    Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0