USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DİN sosial şəbəkələr üzərindən metal əşyaların satışını həyata keçirənlərə müraciət edib

28.01.2021 İqtisadiyyat
0 0
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə oğurluq metal əşyalarının metal qəbulu məntəqələrinə satılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, daxil olan müraciətlərə polis dərhal və çevik reaksiya verir.

Onun sözlərinə görə, oğurlanan metal əşyaların qəbulu məntəqələrinə mütamadi baxış keçirilir:
"Əgər metal qəbulu məntəqələrində hər hansı oğurlanmış əşya aşkarlanarsa, maddi sübut kimi, götürülür. Fakt üzrə aparılan araşdırmalar çərçivəsində metal qəbulu məntəqələrinin fəaliyyəti ilə məşğul olan şəxsin təqsiri sübuta yetirilərsə, məsuliyyətə cəlb edilir".

"Tövsiyə edirik ki, bu sahədə fəaliyyət göstərən şəxslər şübhə doğuran metal əşyaları qəbul etməsinlər. Bu barədə vətəndaşlıq nümunəsi göstərərək polisi məlumatlandırsınlar", – E.Hacıyev bildirib.

  • Əvvəlki

    “Günay Bank” ASC ötən ili uğurla başa vura bilmişdir

Digər xəbərlər