USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb"

03.07.2018 İqtisadiyyat
0 0
Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb.

"Kommersant" azərtac-a istinadən xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. O qeyd edib ki, ölkə ərazisində fəaliyyət göstərən xəstəxanalar generatorla təchiz olunub. Elektrik enerjisinin verilişi dayandırıldıqda, generatorlar avtomatik işə düşüb və xəstəxanaları fasiləsiz elektrik enerjisi ilə təmin edib.