USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda yeni marşrut xətti fəaliyyətə başlayıb

07.07.2018 İqtisadiyyat
0 0
Bakının Zirə–Mərdəkan qəsəbələri istiqamətində yeni marşrut xətti fəaliyyətə başlayıb.

Bunu "Kommersan"a Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

"Zirə–Mərdəkan qəsəbələri istiqamətində başlanğıc dayanacaq məntəqəsi Zirə qəsəbəsi (Ə.Babayev küçəsi, məscid), son dayanacaq məntəqəsi isə Mərdəkan qəsəbəsi (S.Yesenin küçəsi 106) olmaqla 152 nömrəli müntəzəm marşrut xətti fəaliyyətə başlayıb. Yeni marşrut xəttinin təşkil edilməsi ilə bağlı qərar, sakinlər adından Xəzər rayonu Zirə bələdiyyəsinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla qəbul edilib",- o bildirib.

BNA rəsmisi qeyd edib ki, marşrut xətti boyunca Yol hərəkətinin təşkili şöbəsi tərəfindən əraziyə baxış keçirilib və zəruri dayanacaq məntəqələrinin yerləri müəyyənləşdirilərək müvafiq tədbirlər görülüb.

  • Əvvəlki

    Onlayn ticarətlə bağlı ittihamlara - RƏSMİ CAVAB

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0