USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən ucuz xalça yuma şirkəti hansıdır - QİYMƏTLƏR, SİYAHI

17.11.2018 İqtisadiyyat
1 2
Bakıda fəaliyyət göstərən xalça yuma şirkətlərində qiymətlər fərqli olsa da, onları birləşdirən ümumi cəhət heç birində geyimlərin yuyulması xidmətinin göstərilməməsidir.

Son dövrlər Bakıda fəaliyyət göstərən xalça yuma şirkətlərinin sayında kütləvi artım müşahidə olunur.

Evlərdəki yay təmizliyini, özəlliklə də xalça təmizliyini nəzərə alan şirkətlər müxtəlif üsullarla müştəriləri cəlb etməyə çalışırlar. Üsullarından biri də əlbəttə ki, endirimlərdir.

"Kommersant", oxucuların marağını nəzərə alaraq paytaxtda fəaliyyət göstərən xalça yuma şirkətlərinin təklif etdiyi ən ucuz xidmətlə maraqlanıb. Siyahını təqdim edirik:

Bu şirkətdə endirim yoxdur

"Təmiz Xalı " xalça yuma şirkətindən bildirdilər ki, burada xalçanın kvadratmetri 3 manata yuyulur. Yetərli ölçü varsa, xalçanı Sumqayıtdan da təhvil alırlar. Şirkətin göstərdiyi xidmətlərə yorğan-döşək, pərdə, matras, yastıq və mütəkkənin yuyulması da daxildir. Tək kreslo üçün ünvana gedilirsə, müştəri 50-60 manat ödəməlidir. Divan, kreslo ikisi bir yerdə təhvil alınanda isə müştəri 30 manatından keçməlidir.

Endirim yalnız xalçayadır

"Pak Xalça" şirkətində xalı, gün ərzində təhvil alınaraq kvadratmetrinə görə 3 manata yuyulur. Xidmətə, eyni zamanda, divan-kreslo üzü, yorğan-döşəklərin yuyulub təmizlənməsi də daxildir. 1 nəfərlik sadə divan 50 manat, 3 nəfərlik 60 manat, 1 kreslo isə 25 manata yuyulur. Tək nəfərlik yorğan-döşəklərin xidmət haqqı 30 manat, ikinəfərlik yorğan-döşəklərin isə 50 manatdır. Xalçanın ölçüsü 30 kvadratdan çox olarsa, 10% endirim olur. Sumqayıt üçün yol xərci tutulmur.

Bu şirkətdə isə endirim yalnız şəhərdaxili xalça yuyulmasınadır (30 kvadratmetrə 10%)

"İmparator Xalça"da xalının kvadratmetri 3 manata yuyulur. Təhvil alındığı gündən 2 gün sonra ünvana çatdırılır. Sumqayıta sifariş qəbul olunur. Xidmətə pərdə, divan-kreslo, stol-stul, yun yorğan-döşək, matras, örtüklərin təhvil alınaraq yuyulması da daxildir. Belə ki, 1 nəfərlik yun yorğan-döşəklər 30 manat, 2 nəfərlik isə 50 manata yuyulur. Tül pərdələrin metri 3 manata, dekorlar 4 manata, 1 nəfərlik odeal 15 manata, 2 nəfərlik odeal isə 20 manata yuyulur.

3 nəfərlik divan və 2 kreslo 90 manata

"İdeal Xalça"da xalının kvadratmetri 2 manat 50 qəpiyədir. Əgər 25 kvadratdan yuxarı olarsa, 10% endirim edilir. Xidmətə sintifon yorğanlar, pərdə, divan, kreslo yuyulması da daxildir. Tül pərdələrin metri 3 manata, dekorların kilosu isə 4 manata yuyulur. Pərdə, divan və xalça yuduzdurulsa, endirim edilir.

"Sehrli Xalça" Qaradağ rayonuna azı 5 müştəri olmasa getmir

Şirkətdə xalçanın yuyulması xidməti hər kvadratmetrə görə 2 manata təklif edilir. Xidmətə divan, kreslo, pərdə, tül, yun yorğan-döşəklər, yastıq, sintifon yorğanlar, yastıq yuyulması da daxildir. 2 kreslo, 1 divan 80 manata, dekorların kilosu 5 manata, tüllərin metri isə 3 manata yuyulur. Xalça 5 gün müddətinə yuyularaq təhvil verilir. Sumqayıta və Hövsan yoluna getmək üçün isə ən azından 2-3 müştəri olmalıdır. Endirim yalnız xalçalaradır. Belə ki, 100 kvadratmetr xalçaya 1.80 manat endirim edilir.

Sumqayıtdan xalça xüsusi şərtlə təhvil alınır

"Çiçək Xalı"da hazırda endirim yoxdur. Xalçanın kvadratmetri 2 manat 50 qəpiyə yuyulur və maksimum 10 gündən sonra təhvil verilir. 30 kvadratmetrdən aşağı xalçalar Sumqayıtdan təhvil götürülmür. Tülün metri 2 manata, pərdə və dekorun kilosu isə 5 manata yuyulur.

"Dəniz Xalı" ən ucuz xalça yuma şirkətidir

Şirkətdə fəsilə uyğun olaraq hazırda endirimdir (bayramlarda da endirim olur). Belə ki, xalçanın kvadratmetri 1 manat 95 qəpiyə yuyulur (digər vaxt isə 2 manat 50 qəpiyədir). Xalça sifariş verilən gün ünvandan götürülərək 10 günə təhvil verilir. 6 kvadratmetrdan aşağı xalçalar isə təhvil alınmır. Yuyulacaq divan-kreslonun şəkli çəkilərək şirkətin "Whatsapp" nömrəsinə göndərilməlidir. 1 nəfərlik yun yorğan-döşəklər 40 manata, 2 nəfərlik isə 60 manata yuyulur.

  • Əvvəlki

    İstirahət günlərində gözlənilən hava proqnozu

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0