USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BNA yeni gedişhaqlarını açıqlayıb

01.08.2018 İqtisadiyyat
0 0
Bakı Nəqliyyat Agentliyi (BNA) şəhərətrafı və qəsəbələrarası marşrutların yeni qiymətlərini açıqlayıb.

Agentlikdən "Kommersant.az"a verilən məlumata görə, gedişhaqları 30 qəpikdən başlayır. Məlumatda deyilir ki, şəhərətrafı və qəsəbələrarası marşrutların başlanğıc və son dayanacaqları arasındakı məsafədən asılı olmayaraq sərnişinin bir istiqamət üzrə ödəyəcəyi gediş haqqı məbləği (gedəcəyi məsafədən asılı olaraq) tarif cədvəlinin 3-cü hissəsinə uyğun olaraq müəyyən edilir. 125 və 199 nömrəli şəhərətrafı marşrutların nağdısz ödəniş sistemi ilə fəaliyyət göstərməsi nəzərə alınaraq, gediş haqqı tarifi 0.35 manat səviyyəsində müəyyən edilib. "28 May" metrostansiyası - Hava Limanı istiqamətində fəaliyyət göstərən H1 nömrəli ekspress marşrutun tarifində dəyişiklik edilməyib. Həmin marşrut üzrə gediş haqqı tarifi 1.30 manat təşkil edir.

  • Əvvəlki

    Ölkədə xarici valyuta ehtiyatları artıb

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0