USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı-Sumqayıt yolunda Xırdalan dairəsi istiqmətində hərəkət məhdudlaşdırılacaq

06.08.2018 İqtisadiyyat
0 0
Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində baş vermiş avtomobil qəzası nəticəsində ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşərək nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu gün saat 11:00-dan başlayaraq təhlükəsizlik sədləri təmir ediləcək. Yolun iş gedən zolaqları həm Bakı, həm də Sumqayıt şəhəri istiqamətində tam məhdudlaşdırılacaq, digər zolaqlarda isə hərəkət davam edəcək. İşlər, təxminən, 3-4 saat müddətində yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

  • Əvvəlki

    "Vergi tətbiq etməyimizi istəmirlərsə..." - TRUMP ŞƏRT QOYDU

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0