Ötən ay daxil olan sosial müraciətlərin sayı açıqlandı

07.08.2018 Sosial
Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 - Çağrı Mərkəzi”nə 12 362 müraciət daxil olub.

"Kommersant.az" xəbər verir ki, müraciətlər sosial təminat, əmək qanunvericiliyi, pensiya və müavinətlər, sosialsığorta, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. ilə bağlı məsələləri əhatə edib. Onlardan 11 840 müraciət (müraciətlərin 95,8 faizi) qeyd olunan məsələlərlə bağlı sorğu xarakterli olub. Həmin müraciətlərin hər biri ilə əlaqədar vətəndaşlarahüquqi izahatlar verilərək, onların məlumatlandırılması təmin edilib. Digər müraciətlərdə əksini tapan məsələlər nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq, müvafiq tədbirlər görülüb.

Ümumilikdə cari ilin yanvar-iyul aylarında “142 - Çağrı Mərkəzi” tərəfindən 97,8 mindən çox müraciət cavablandırılıb.