USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident İlham Əliyev: "Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq əlaqələri birləşdirir"

23.08.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Petro Poroşenkoya təbrik məktubu ünvanlayıb.

"Kommersant.az"ın məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq əlaqələri birləşdirir. Dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bu ənənəni özündə bariz şəkildə əks etdirir.
İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı və daha da dərinləşməsi ölkələrimizin və xalqlarımızın rifahına yeni töhfələr verəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

  • Əvvəlki

    Bakı ilə Minvodını sürət qatarı birləşdirəcək

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0