USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Beşinci "Şəbəkə" xidmət mərkəzi fəaliyyətə başladı

09.05.2018 İqtisadiyyat
0 0
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti "Şəbəkə" xidmət mərkəzini istifadəyə verib

"Kommersant.Az" Nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən "Şəbəkə" xidmət mərkəzində bütün növ telekommunikasiya, poçt, bank və maliyyə əməliyyatları təşkil edilib.

Digər "Şəbəkə" xidmət mərkəzlərində olduğu kimi, sakinlər telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi, aviabiletlərin və turizm xidmətlərinin sifarişi, sığorta və digər xidmətlər üçün bu mərkəzə müraciət edə bilərlər.

Mərkəzdə vətəndaşlara fasiləsiz olaraq həftənin iş günlərində səhər saat 09:00-dan axşam saat 19:00-dək, istirahət günləri saat 09:00-dan 18:00-dək xidmət göstərilir.

"Şəbəkə"nin yaradılmasında məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir.

Xidmətlərin vahid məkanda cəmlənməsi vətəndaşların vaxt itkisini aradan qaldırmağa və nağdsız ödənişləri stimullaşdırmağa hədəflənib.

Bu Bakıda sayca 5-ci xidmət mərkəzidir. Yaxın gələcəkdə Bakıda və respublikamızın regionlarında yeni "Şəbəkə" xidmət mərkəzləri vətəndaşların ixtiyarına veriləcək.

  • Əvvəlki

    Dövlət büdcəsinə gömrük daxilolmaları artıb

Digər xəbərlər