USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni başçıdan ilk açıqlama - "Hələlik çox tezdir"

04.11.2018 İqtisadiyyat
0 0
Vüqar Zeynalov prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bəzi sürüşmə ərazilərinin Səbaildə yerləşməsilə meydana gələn problemlər hər zaman medianın gündəmində olub. Maraqlıdır, yeni başçı ilkin olaraq diqqəti hansı istiqamətə yönəldəcək?

"Kommersant.az" xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Vüqar Zeynalov Modern.az-a açıqlamasında rayondakı problemlərdən danışmaq üçün tez olduğunu bildirib:

"İndi bunlardan danışmağın vaxtı deyil".

V. Zeynalov bununla bağlı geniş danışmaq istəməyib:

"Oktyabrın 30-dan vəzifəmin icrasına başlamışam. Hələlik kollektivlə, mövcud vəziyyətlə tanış oluram. Sizin sadaladığınız məsələlərlə bağlı qarşıdakı vaxtlarda danışmaq olar. Hələlik çox tezdir".

Qeyd edək ki, Vüqar Teyyub oğlu Zeynalov bu təyinatadək Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.

  • Əvvəlki

    Sabah qar yağacaq - HAVA PROQNOZU

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0