USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Millət vəkillərimiz Ermənistanda

29.11.2018 İqtisadiyyat
0 0
Milli Məclisin deputatları Azərbaycanın tarixi memarlıq abidəsi olan Yerevandakı Göy Məsciddə olublar.

"Kommersant.az" xəbər verir ki, bu barədə millət vəkili Əflatun Amaşov sosial şəbəkələrdə məlumat paylaşıb.

"Azərbaycanın memarlıq abidələrindən sayılan Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilib. Uzun onilliklər boyu yerli azərbaycanlıların ibadət etdikləri səkkiz məsciddən biri olub.

Zaman ötdükcə başına çox bəlalar gəlib: 24 metrlik dörd minarəsinin üçü sökülüb, müxtəlif illərdə planetariyaya, məktəbə çevrilib, iki dəfə yandırılıb. Və nəhayət, İran tərəfindən bərpa edilib, hazırda İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən biri hesab edilir", - deyə millət vəkili qeyd edib.

Əflatun Amaşov Göy Məsciddən fotolar da paylaşıb.

Qeyd edək ki, millət vəkilləri Eldar QuliyevƏflatun Amaşov Ermənistana Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin iclasında iştirak etmək üçün gediblər.

  • Əvvəlki

    Microsoft, Apple-dan "tacını" geri aldı

Digər xəbərlər