USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda maliyyə sektoruna investisiyalar kəskin artıb

18.12.2018 İqtisadiyyat
0 0
Azərbaycanda 2018-ci ilin yanvar-noyabr ayları ərzində ölkə iqtisadiyyatına qoyulan investisiyaların 11,1 mln. manatı maliyyə və sığorta fəaliyyətinə yönəlib.

"Kommersant.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən ölkə iqtisadiyyatına sərmayə qoyuluşunun 0,1%-i məhz maliyyə və sığorta fəaliyyəti ilə bağlı olub. Bu fəaliyyətə yönələn investisiyaların həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 87,7% artım müşahidə olunub.

Qeyd edək ki, 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 899,4 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8% az vəsait yönəldilib.

  • Əvvəlki

    “Bank BTB”dən müştərilərin işini asanlaşdıran “internet bankçılıq”

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0