USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ARDNF-in investisiya portfelində inkişaf etmiş ölkələrin payı azalıb

29.04.2019 İqtisadiyyat
0 0
Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli demək olar ki, onun aktivləri qədər – 40 272,87 mln. ABŞ dolları təşkil edib.

Kommersant.az xəbər verir ki, fondun aktivlərinin 55%-i ABŞ dollarında yerləşdirilib. Bu rəqəm ötən il aprelin 1-nə 48,8% olub. I rübdə ABŞ dolları portfelinin 2 973,6 mln. dollarlıq hissəsini (7,4%) qızıl investisiyaları təşkil edib. Ötən ilin I rübündə isə qızıl investisiyalarının həcmi 1 285,9 mln. dollar və ya 3,4% olub.
Bu ilin I rübündə ARDNF-in investisiya portfelində ingilis funt sterliqinin payı 4,9%-dən 5%-ə qalxıb.
I rübdə ARDNF-in investisiya portfelində avronun payı 34,4%-dən 33,3%-ə, Avstraliya dollarının payı 0,7%-dən 0,6%-ə, Türkiyə lirəsinin payı 1%-dən 0,8%-ə, Rusiya rublunun payı 1,1%-dən 0,6%-ə, Koreya vonunun payı 1,2%-dən 0,5%-ə, Çin yuanının payı 1,4%-dən 1,2%-ə, digər valyutaların payı da 1,5%-dən 1,4%-ə düşüb, yapon yeninin payı isə dəyişməyərək 1,6% qalıb.
Bu ilin I rübünün sonuna Fondun investisiya portfelinin 74%-i istiqrazlar və pul bazarı alətlərində yerləşdirilib. Bu rəqəm əvvəlki ilin müvafiq dövründə 76,6% təşkil edib. Rüb ərzində investisiya portfelində səhmlərin payı 14,2%-dən 13,4%-ə, daşınmaz əmlakın payı 5,8%-dən 5,2%-ə düşüb, qızılın payı isə 3,4%-dən 7,4%-ə çatıb.
Bu rübün əvvəlinə ARDNF-in istiqrazlar və pul bazarı alətlərinin 30,6%-i AAA reytinqli qiymətli kağızlarda yerləşdirilib. Bu rəqəm ötən ilin I rübündə 31,3% təşkil edib. Son 1 ildə qurumun investisiya portfelində AA reytinqli alətlərin payı 16,6%-dən 22,1%-ə, A reytinqli alətlərin payı 41,3%-dən 38,7%-ə, BBB reytinqli alətlərin payı 7,3%-dən 7,4%-ə, qeyri-investisiya dərəcəli alətlərin payı isə 3,5%-dən 1,2%-ə dəyişib.
Bu ilin I rübünün sonuna fondun istiqrazlar və pul bazarı alətləri portfelinin 29,6%-i 0-1 il, 45,3%-i 1-3 il, 9,9%-i 3-5 il, 15,2%-i 5 ildən artıq müddətə yerləşdirilib. Bu nisbətlər əvvəlki ilin I rübünün sonuna müvafiq olaraq 28,6%, 42,1%, 14,6%və 14,7% təşkil edib.
I rübün sonuna ARDNF-in investisiya portfelinin coğrafi regionlar üzrə bölgüsü isə belə dəyişib: Avropa ölkələri üzrə 41,88%-dən 37,75%-ə, Şimali Amerika ölkələri üzrə 25,65%-dən 22,17%-ə, Asiya-Sakit Okean regionu ölkələri üzrə 24,55%-dən 30,01%-ə, Avstraliya və Yeni Zelandiya üzrə 2,45%-dən 2,35%-ə, Yaxın Şərq ölkələri üzrə 0,06%-dən 0,75%-ə, Cənubi Amerika ölkələri üzrə isə 0,04%-dən 0,05%-ə, beynəlxalq maliyyə qurumları üzrə isə 5,37%-dən 6,92%-ə.
Yeri gəlmişkən Fondun investisiya portfelində inkişaf etmiş ölkələrin payı 69,50%-dən 66,25%-ə, inkişaf etməkdə olan ölkələrin payı isə 25,13%-dən 26,83%-ə dəyişib.

Report

  • Əvvəlki

    Metro istifadəçilərinə ŞAD XƏBƏR! - Yeni stansiyalar AÇILACAQ

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0