USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda ÜDM 2,4 faiz artıb

28.02.2020 İqtisadiyyat
0 0
2020-ci ilin yanvar ayında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,4 faiz artaraq 6 milyard 520,2 milyon manat təşkil edib.

"Kommersant.az"-ın məlumatına görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 4,9 faiz artıb, neft-qaz sektorunda isə 0,7 faiz azalıb.

ÜDM istehsalının 44,2 faizi sənaye, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 19 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 655,3 manata bərabər olub.