USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycana 14 milyon dollarlıq avtomobil gətirilib

17.08.2018 İqtisadiyyat
0 0
2018-ci ilin I yarısında Azərbaycana 8 min 465 ədəd minik maşını idxal olunub.

Dövlət Statistika Komitəsindən "Kommersant.az"a verilən xəbərə görə, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisindən 2,9 dəfə çoxdur.

Beləliklə, ölkəyə 14 mln. 42,4 min dollar dəyərində minik avtomobilləri gətirilib.

Hesabat dövründə ölkədə 269 ədəd minik avtomobili istehsal olunub.