USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft hasilatı 0,7% artıb - HESABAT

11.10.2018 İqtisadiyyat
0 0
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-sentyabr aylarında 35,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0% çox sənaye məhsulu istehsal edilib.

"Kommersant.az" Dövlət Statistika Komitəsinin yaydığı göstəricilərə istinadən xəbər verir ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8%, neft sektorunda isə 0,7% artıb.

Sənaye məhsulunun 73,1%-i mədənçıxarma sektorunda, 22,3%-i emal sektorunda, 4,0%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 0,7%, əmtəəlik qaz hasilatı isə 2,4% artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 27,4 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,8 dəfə, elektrik avadanlıqlarının və tütün məmulatlarının hər birinin istehsalı 2,5 dəfə, mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 53,3%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 42,7%, tikinti materiallarının istehsalı 32,2%, ağacın emalı və ağacdan məmulatların istehsalı 20,6%, metallurgiya sənayesi məhsullarının istehsalı 15,7%, içkilərin istehsalı 11,4%, kimya sənayesi məhsullarının istehsalı 7,8%, hazır metal məmulatlarının istehsalı 7,4%, kağız və karton istehsalı 5,8%, geyim istehsalı 1,6% artmış, qida məhsullarının istehsalı 0,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,8%, əczaçılıq məhsullarının istehsalı 3,6%, kompüter, elektron və optik məhsulların istehsalı 10,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 10,8%, maşın və avadanlıqların istehsalı 13,2%, sair nəqliyyat vasitələrinin istehsalı isə 64,0% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,9%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,2% artıb.