USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İrana getmək istəyənlərin nəzərinə

04.03.2021 İqtisadiyyat
0 0
İran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə ölkəyə səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikası vətəndaşları səfərdən öncə giriş icazələri almalıdılar.

İran İslam Respublikasının Bakıdakı Səfirliyindən verilən məlumata görə, bununla əlaqədar İrana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları əvvəlcə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan çıxış icazəsi əldə etməlidilər.

Daha sonra İranın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazəsi almalıdılar.

İran İslam Respublikasnın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinin ünvanı:

"Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 269".

Telefonlar: +99412-433-03-11, +99412-434-19-76, +99412-434-03-40

  • Əvvəlki

    Cəmi əməliyyatların həcminə görə investisiya şirkətlərinin - RENKİNQİ

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0