USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əcnəbi vizaları haqqında olan Fərman dəyişdirildi

04.10.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

"Kommersant.az" müvafiq Fərmanın tam mətnini Azərtaca istinadən təqdim edir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 yanvar tarixli 1803 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

"Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 774, № 10, maddələr 855, 859; 2011, № 2, maddə 80; 2018, № 1, maddə 58) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bəndə "rəisinin" sözündən sonra ", Azərbaycan Respublikası xarici işlər nazirinin" sözləri əlavə edilsin;

2. 5.2-ci bənd ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2018-ci il.

  • Əvvəlki

    Binaların dam örtüklərinin təmiri üçün pul ayrıldı - 21 MİLYON MANAT

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0