USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bakı Metropoliteni"ndə yüksək vəzifəyə təyinat - FOTO

26.01.2019 İqtisadiyyat
0 0
"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov tikinti departamentinin rəisi Şaiq Eyyubovu vəzifəsindən azad edib.

"Kommersant.az"-ın əldə etdiyi məlumata görə, Zaur Hüseynov Şaiq Veyis oğlu Eyyubovu pensiya yaşına çatdığına görə, tutduğu vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb. Ş.Eyyubovun yerinə isə bir neçə ildir QSC sədrinin tikinti üzrə müşaviri vəzifəsində çalışan Məzahir Nəbiyev təyin edilib.

Təyinat xəbərini "Bakı Metropoliteni" QSC -nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov təsdiqləyib.
Qeyd edək ki, Şaiq Veyis oğlu Eyyubov uzun illər "Azərsənayetikinti" Dövlət Şirkətinin prezidenti vəzifəsində çalışıb. 8.11.2018-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Şaiq Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam da imzalamışdı.

  • Əvvəlki

    Azərbaycanda mehmanxanaların nə qədər gəlir əldə etdiyi açıqlanıb

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0