USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı-Gəncə-Bakı istiqamətində qatarlarda qiymətlər endirildi

16.03.2019 İqtisadiyyat
0 0
Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarlarda qiymətlər endirilib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən "Kommersant.az"a verilən məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədi ilə Bakıdan 20.03.2019-cu il tarixində, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.

Həmçinin Novruz bayramı münasibəti ilə "Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərə bayram töhfəsi olaraq 17.03.2019-cu il tarixindən 31.03.2019-cu il tarixinədək qatarın bizness yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib. Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb.

  • Əvvəlki

    Azərbaycanda bu şəxslərə siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq - BAŞ NAZİRDƏN QƏRARA DƏYİŞİKLİK

Digər xəbərlər