USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bakı Metropoliteni” yaxın aylarda “Xocasən” deposunun bir hissəsini istifadəyə verəcək

01.04.2019 İqtisadiyyat
0 0
“Bakı Metropoliteni” QSC yaxın aylarda “Xocasən” deposunun bir hissəsini istismara verəcək. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, tunelin biri ("Avtovağzal" istiqamətində) 2018-ci ildə istifadəyə verilib, yaxın aylarda isə digər tuneldə inşa işləri başa çatdırılacaq və yol infrastrukturunun qurulmasına start veriləcək.

"Hazırda əsas diqqət "Xocasən" deposunun bir hissəsinin təhvil verilməsi və B-3 stansiyasının tikinti işlərinin tamamlanmasına yönəlib. Çünki B-3 təhvil veriləndən sonra həmin stansiyanın arxasında dönmə kamerası olacaq. Bu, qatarın bir yoldan digər yola keçə biləcəyinə imkan yaradacaq. Belə olan təqdirdə qatarların sayı artacaq və hərəkət qrafikini təmin etmək üçün deponun ən kiçik tələblər səviyyəsində istifadəyə verilməsi şərtdir", – deyə B. Məmmədov qeyd edib.

Ona