USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda pulsuz avtobus xətti açıldı

03.04.2019 İqtisadiyyat
0 0
Sumqayıt şəhərində fəaliyyət göstərən 55 nömrəli marşrut xəttinin bağlanması sərnişinlərin narazılığına səbəb olub.

"Kommersant.az" xəbər verir ki, ONA-nın yerli bürosunun məlumatına görə, sərnişinlər bu gün səhər saatlarında marşrutun son dayanacağında toplaşaraq "Sumqayıt Nəqliyyat" MMC-nin direktoru Xannı Rüstəmova öz etirazlarını bildiriblər. Sakinlər xəttin fəaliyyətini dayandırılmasından əziyyət çəkdiklərini və bunun əlavə problemə yol açdığını qeyd ediblər.

Qeyd edək ki, sözügedən marşrut xətti şəhərin mərkəzi bazarından "Naxalstroy" deyilən yaşayış massivi istiqamətində fəaliyyət göstərib. Artıq həmin ərazidə yaşayan sakinlərin problemi qismən həllini tapıb. Belə ki, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov ONA-ya açıqlamasında bildirib ki, 5 nömrəli marşrut xətti uzadılıb və bununla yanaşı, sakinlərin yaxın marşrut xəttinə çıxarılması üçün müvafiq tədbirlər atılıb:

"Bunun üçün həmin ərazidən yaxın marşrut xəttinə 3 ədəd avtobus işləyəcək. Bu avtobusların xidmətindən sakinlər pulsuz istifadə edəcəklər. Həmin sürücülərin əməkhaqları isə idarə tərəfindən ödəniləcək".

  • Əvvəlki

    Dünyanın ən varlı prezidenti kimdir? - AÇIQLANDI

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0