USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məcburi köçkünlər üçün yeni marşrut xətti açıldı

08.04.2019 İqtisadiyyat
0 0
Sumqayıtda məskunlaşmış məcburi köçkünlər üçün yeni maşrut xətti açılıb.

"Kommersant.az"-ın məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, bu gündən etibarən 6 ədəd avtobus sərnişinlərin xidmətindədir:

"Qaçqın və və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair ölkə başçısının tapşırığına müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Xırdalan şəhəri və Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə nəqliyyat kommunikasiyasının təmin edilməsi məqsədilə "Stansiya Sumqayıt-Bakı Beynəlxalq Avtovağzal Kompleksi" marşrutu üzrə 533 saylı yeni xəttin açılmasına dair göstəriş verib. Qeyd olunan ərazidə müvəqqəti olaraq 5000-ə yaxın məcburi köçkün məskunlaşıb".

  • Əvvəlki

    Polşa Almaniyadan 900 milyard dollar - TƏLƏB EDİR

Digər xəbərlər