USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının 74 yol kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək

10.04.2019 İqtisadiyyat
0 0
Bakı Nəqliyyat Agentliyi paytaxtın əsasən mərkəzi hissəsini əhatə edən 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihənin icrasına başlayıb. Bu barədə BNA-dan məlumat verilir.

"Layihənin birinci mərhələsində işlər M.Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, R.Behbudov, S.Vurğun, D.Əliyeva, S.Rəhimov küçələri və Bülbül prospektinə aid 20 kəsişmədə həyata keçiriləcək. Layihə çərçivəsində müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, mövcud olan çatışmazlıqlar aradan qaldırılacaq. Həmçinin, yol nişanları yenilənəcək, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək. Zəruri yerlərdə isə sarı kəsişmə toru nişanlanması təşkil ediləcək", – məlumatda deyilir.

BNA-nın məlumatına görə, layihəyə uyğun olaraq, M.Füzuli və S.Vurğun küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edilib. Davamlı olaraq, nəzərdə tutulan digər kəsişmələrdə də analoji nişanlanma işləri aparılır.

"Pilot layihə 74 yol kəsişməsini əhatə edəcək, bu da şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq", – məlumatda vurğulanır.

Xəbər verildiyi kimi, sarı kəsişmə toru 1967-ci ildə Londonda uğurla sınaqdan keçirilib və bu gün Avropanın bir çox ölkələrində, ABŞ-da və bəzi Asiya ölkələrində tətbiq edilir.

  • Əvvəlki

    Azərbaycan nefti ucuzlaşır

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0