USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zaur Hüseynov rəis və müavinini işdən çıxardı - SƏBƏB

17.04.2019 İqtisadiyyat
0 0
"Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov "Gənclik” stansiyasının rəisi Böyükağa Yolçuyev və müavini Seymur Məhərrəmovu tutduğu vəzifədən azad edib.

"Posta.az" unikal.org-a istinadən xəbər verir ki, Zaur Hüseynov İnsan Resursları və Xidmət Departamentinin rəisi Tərlan Dadaşovun təqdimatı əsasında sözügedən şəxsləri vəzifələrindən uzaqlaşdırıb.

Rəis və müavininin vəzifəsindən azad olunmasının səbəbi stansiyada gecə növbətçisinin yerini tərk etməsi olub. Belə ki, növbətçi iş vaxtı ayaqyoluna gedib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov rəis və müavinin vəzifəsindən uzaqlaşdırılmasını təsdiqləyib. B.Məmmədov onların vəzifədən uzaqlaşdırılmasının səbəbini nizam-intizamla bağlı olduğunu dilə gətirib.

  • Əvvəlki

    Şirvana 4 milyon manat ayrıldı

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0