USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sürücülərin diqqətinə: Bu yollarda təmir gedir

02.05.2019 İqtisadiyyat
0 0
Bakı şəhəri, Qala-Pirallahı avtomobil yolunda nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

"Kommersant.az" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, həmçinin, Nobel prospektində üfiqi nişanlanma xətləri yenidən rənglənir.

Gecə saatlarında isə Heydər Əliyev prospektinin şəhər istiqamərtində olan hissəsində də üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək.

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

  • Əvvəlki

    Azərbaycan Çində iki ticarət evi açmağı planlaşdırır

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0