USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sürücülərin diqqətinə: Bu yollarda təmir və rənglənmə var

17.05.2019 İqtisadiyyat
0 0
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saatlarından etibarən, Bakı-Quba-Rusiya yolunun 10-50 kilometrlik hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, təmir axşam saatlarınadək davam edəcək.

Bundan başqa, axşam saatlarınadək Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq Hava Limanınından Mərdəkan yol qovşağına kimi yolun hər iki istiqamətində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Həsənoğlu küçəsi, Heydər Əliyev mərkəzinin yan yolu, Xətai prospektində və Sabunçu Dəmiryolu stansiyasının qarşısı ilə Sabunçu ticarət mərkəzinin yanında da üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

  • Əvvəlki

    "ABŞ şirkətləri enerji, İKT, nəqliyyat və turizm sahəsində Azərbaycanda işləməyə böyük maraq göstərə bilər"

Digər xəbərlər