USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu yollar yenidən rənglənir

21.05.2019 İqtisadiyyat
0 0
Bakı şəhəri, Mərdəkan avtomobil yol qovşağından Buzovna dairəsinə kimi üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, bundan başqa, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsindən "Vaz" dairəsinə qədər hissədə də aparılacaq.

İşlər axşam saat 22:00-dan səhər saatlarınadək davam edəcək.

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.