USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı metrosunda qatarların tuneldə qalması hallarına son

22.05.2019 İqtisadiyyat
0 0
"Bakı Metrololiteni" QSC ümumi gücü 39 MVT olan 17 ədəd generator alıb.

"Kommersant.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, hazırda generatorların sazlanması və quraşdırılması həyata keçirilir.
"Məsələn, metroya xidmət göstərən "Azərişıq" ASC-nin 215 saylı yarımstansiyasında 2 ədəd dizel generatoru quraşdırılıb. Bunların hər biri 500 litr yanacaq tutur. Enerjinin tam kəsilməsi halında genertorlar işə düşəcək və işıqlandırma, eskalatorların hərəkəti, su və ventilyasiya sistemi üçün enerjini təmin edəcək. Həmçinin bu generatorlarla qatarların minimal hərəkətini təmin etmək mümkündür. Yəni, qatarlar daha tuneldə qalmayacaq", - o bildirib.

"Azərişıq" ASC-nin Texniki Departamentinin baş mühəndisi Mehman Abbasov isə bildirib ki, generatorlar metroya xidmət göstərən yarımstansiyaların xüsusi sərfiyyatına xidmət edəcək: "Onlar yarımstansiyalardan qidalanan qatarların elektrik enerjisinə tələbatını qarşılayacaq, zərurət olsa qatarların bir stansiyadan digər stansiyaya təhlükəsiz hərəkətini təmin edəcək. 9 ədəd 110 kV-luk yarımstansiyamızda tələbat gücünə uyğun olaraq 200-2 500, bir stansiyamızda isə 1 000 kV-lıq generatorların quraşdırılmasə və sazlanması işləri həyata keçirilir. "Bakı Metropoliteni" iri həcmli enerji daşıyıcısı olduğuna görə orada kompleks tədbirlər görülür''.

Report

  • Əvvəlki

    Vergilər Nazirliyinin bir neçə əməkdaşı tutulub - SİYAHI

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0