USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ƏHALİYƏ PİS XƏBƏR: Bakı-Qazax-Bakı reysi ləğv olunur

22.05.2019 İqtisadiyyat
0 0
2019-cu il 29 may tarixində Bakı şəhərində keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar olaraq, tədbirin keçirildiyi müddətdə dəmir yolu nəqliyyatı üzrə hərəkətin təşkilini tənzimləmək məqsədilə "Azərbaycan Dəmir Yollan" Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müvafiq əmri ilə tədbirlər planı hazırlanıb.

"Kommersant.az" bildirir ki, bu barədə Trend-ə QSC-dən məlumat veriblər. Qeyd olunur ki, tədbirlər planına əsasən, 29 may 2019-cu il tarixində Bakı şəhərində UEFA Avropa Liqasının final oyununun keçirilməsi ilə əlaqədar, oyun üçün akkreditasiyadan keçmiş şəxslərin 25-28 may 2019-cu il tarixlərində gün ərzində, bilet (dəvətnamə) sahibi olan şəxslərin, habelə oyun üçün akkreditasiyadan keçmiş şəxslərin və digər aidiyyəti qonaqların 29 may 2019-cu il tarixində final oyunu başlamazdan əvvəl saat 18:00-dan 23:00-dək, 30 may 2019-cu il tarixində isə oyun bitəndən sonra saat 01:00-dan 04:00-dək "Stadler Kiss" markalı elektrik qatarları ilə Bakı sərnişin stansiyası və "Koroğlu" dayanacağı, eyni zamanda Bakı-Sumqayıt arasında ödənişsiz daşınması təmin ediləcək.

Eyni zamanda, həmin oyunu izləmək üçün futbol həvəskarlarının və digər aidiyyəti qonaqların Gürcüstandan Bakıya və geriyə daşınmasını həyata keçirmək üçün, 28.05.2019 - cu il tarixində saat 22:35-də Tbilisidən Bakıya və 30.05.2019-cu il tarixində saat 08:00-da Bakıdan Tbilisiyə əlavə sərnişin qatarı təyin ediləcək.

Qeyd edilən əlavə qataraların təyin edilməsi ilə əlaqədar Bakıdan 27.05.2019-cu ildə, geriyə Qazaxdan 28.05.2019-cu ildə hər iki istiqamətdə 98/97 saylı Bakı-Qazax-Bakı qatarı bir reysə ləğv edilir.

Bakıdan 29.05.2019-cu il tarixdə, bir istiqamətdə 98 nömrəli Bakı-Qazax qatarının hərəkəti bir istiqamətdə ləğv edilir.

  • Əvvəlki

    Bu nəqliyyat vasitəsində gediş haqqı 50 qəpik olacaq - VİDEO

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0