Son iki hündə regionlardan paytaxta 15 minə qədər sərnişin daşınıb

05.06.2019 Nəqliyyat
Ramazan bayramı ilə əlaqədar olaraq, regionlardan paytaxta sərnişin axını bayramın ilk günlərində paytaxt Bakıdan regionlara axınla müqayisədə nisbətən az olsa da, gücləndirilmiş iş rejimi tam qaydada 56 avtovağzal və avtostansiyada davam edir.
"Kommersant.az" xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, ümumilikdə, regionlardan paytaxta iyunun 4-dən 5-nə qədər 14 908 sərnişin daşınıb: "Qaynar xəttimiz və regional avtovağzallardakı məlumat bürolarımız sərnişinlərdən daxil ola biləcək bütün müraciətləri və şikayətləri qəbul etmək üçün bayram günlərində də iş başında olacaqlar. Bayramın son günü regionlarımızdan paytaxta səfər edəcək sərnişinlərin daha çox olacağını nəzərə alaraq, sərnişinlərin yarana biləcək suallarını cavablandırmaq üçün DANX-ın bir qrup aidiyyəti şöbə üzrə səlahiyyətli nümayəndələri axının çox olacağı region avtovağzallarımıza ezam olunacaq". N.Allahyarova avtobus sürücülərinə də müraciət edib. O bildirib ki, bayram günlərində magistral yollardakı sıxlığı nəzərə alaraq, idarə etdikləri avtonəqliyyat vasitəsinin sürət həddini aşmasınlar və bu əziz günlərdə insanları faciə ilə üzbəüz qoymasınlar. Report
VTB