USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranda 280 sərnişin vaqonu təmir ediləcək

06.06.2019 İqtisadiyyat
0 0
İranın "Rəca" dəmiryol nəqliyyatı şirkəti 280 sərnişin vaqonunun təmir olunması üçün dövlət vəsaitindən istifadə edəcək.
"Kommersant.az" xəbər verir ki, bunu İranın "Rəca" Dəmiryol Nəqliyyatı Şirkətinin icra direktoru Məhəmməd Rəcəbi deyib. M.Rəcəbinin sözlərinə görə, 30 ildən yuxarı istismar müddəti olan vaqonların təmiri üçün 20 trilyon riallıq (təxminən 476 milyon dollar) vəsaitdən istifadə etmək mümkündür. Rəcəbi əlavə edib ki, 280 vaqonun təmiri üçün "Pars" Vaqon Şirkəti ilə müqavilə imzalanıb: "Hər bir sərnişin vaqonunun təmirinə təxminən 12 milyard rialdan (təxminən 285 min dollar) 16 milyard riala (təxminən 380 min dollar) qədər vəsait sərf olunur". Qeyd edək ki, 9-12 iyunda Tehranda Beynəlxalq Dəmiryol Nəqliyyatı Sərgisi keçiriləcək. Trend
  • Əvvəlki

    Azərbaycan iqtisadiyyatı üçün ən perspektivli sahə hansıdır? - Sorğu

Digər xəbərlər