USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZTV-də BNA-nın fəaliyyəti sərt tənqid edildi - VİDEO

04.07.2019 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Televiziyasının (AzTV) efirində yayımlanan "Nəsillərin debatı" proqramında Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti sərt tənqid edilib.

"Kommersant.az" xəbər verir ki, iyun ayının 27-də yayımlanan proqramda Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti və qurumun məsul əməkdaşlarının üzərlərinə düşən vəzifəni yerinə yetirə bilmədikləri bildirilib.

Verilişin aparıcısı Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarını sözügedən proqrama dəvət etdiklərini, ancaq dəvətdən boyun qaçırdıqlarını deyib. Onun sözlərinə görə, problemlə bağlı çağrı mərkəzlərinə edilən zənglərə də cavab verilmir.

"Bir televiziya olaraq problemə işıq salmaq, həll olunmasına çalışırıq, lakin şözülməmiş qalır", - deyə aparıcı vurğulayıb.