USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bakı Kart"ın balansını internetlə artırmaq nə vaxt mümkün olacaq?

12.07.2019 İqtisadiyyat
0 0
Paytaxtın nəqliyyat sistemində istifadə olunan "Bakı Kart"ın balansını bu ilin sonuna qədər internetlə artırmaq mümkün olacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev açıqlayıb. Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.

BNA rəsmisi kartlara pul yükləmək üçün şəhərdə quraşdırılmış terminalların işləməməsi barədə deyilənlərə də münasibət bildirib:

"Bu günə qədər həmin terminalların heç bir sıradan çıxmayıb, yalnız ara-sıra texniki problemlər yaşanır. Dərhal əraziyə baxış keçirilir və həmin problemlər aradan qaldırılır. Hazırda "Bakı Metropoliteni" QSC-nin stansiyalarında 148, avtobus dayanacaqlarında isə 50-dən çox "Bakı Kart" terminalı var. Bu terminallardan gün ərzində 100 mindən çox insan istifadə edir. Elə adamlar var ki, bir gündə 20 dəfədən çox yükləmə həyata keçirir".

  • Əvvəlki

    Əmək pensiyalarının ildə bir dəfə indeksləşdirilməsinin səbəbi açıqlanıb

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0