USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycana gətirilən avtomobillərin sayı 2 dəfə artıb

16.07.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyun aylarında Azərbaycana 18 740 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

"Kommersant.az" xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 95% və yaxud, təxminən, 2 dəfə çoxdur.

Son bir ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 68,3% artaraq 101 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 2 dəfə artaraq 16 965 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 62,9% artaraq 1 593 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 24,6% artaraq 81 ədəd olub. (Report.Az)

  • Əvvəlki

    Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq - PROQNOZ

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0