USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlikdən sosial şəbəkələrlə bağlı açıqlama

17.07.2019 İqtisadiyyat
0 0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sosial şəbəkələrin işində yaranan problemlə bağlı açıqlama yayıb.

"Kommersant.az" xəbər verir ki, bu gün dünyanın bir sıra ölkələrində sosial şəbəkələrdən istifadədə problemlər yaranıb: "Azərbaycanda da istifadəçilər "Facebook", "Instagram" və "Whatsapp" tətbiqlərindən istifadə zamanı problemlərlə qarşılaşıblar. Belə ki, sosial şəbəkələrə giriş mümkün olmayıb".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edir ki, sosial şəbəkələrin işində müşahidə olunan nasazlıq qlobal xarakter daşıyır və yerli telekommunikasiya sistemlərindən, həmçinin mobil operatorlardan qaynaqlanmır.

"Populyar internet resurslarının işini təqib edən "Downdetector" xidmətinin məlumatına əsasən, istifadəçilərin 24 faizi sosial şəbəkələrə daxilolma, 75 faizi isə istifadə ilə bağlı problemlə qarşılaşıb.

ABŞ, Monteneqro, Gürcüstan, Serbiya, Bolqarıstan, Yunanıstan, Türkiyə, Bosniya Hersoqovina, Cənubi Koreya, Makedoniya, İraq, Malayziya, Kipr və digər ölkələrdən olan istifadəçilər "Downdetector" xidmətində adıçəkilən sosial şəbəkələrin çökdüyünü bildirirlər", - məlumatda qeyd edib.

  • Əvvəlki

    Bu ərazilərdə gecəyə qədər su olmayacaq

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0