USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək

23.07.2019 İqtisadiyyat
0 0
Bakıda keçirilən Avropa Gənclərin Yay Olimpiya Festivalı ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti günün müəyyən saatlarında dəyişdiriləcək.

"Kommersant.az" xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun sözlərinə görə, velosiped yarışlarının keçirilməsi ilə əlaqədar olaraq iyulun 23-də səhər saat 09:00-dan 13:00-a qədər və 16:00-dan 20:00-a qədər Salyan yolunun 14-cü km-dən Bibiheybət məscidinə qədər nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Eyni zamanda, iyulun 24-ü və 25-də əsas yarışların keçirilməsi ilə əlaqədar olaraq Azneft dairəsindən başlayaraq Salyan şosesinin 14-cü km-ə qədər, həmçinin Bayıl qəsəbəsi istiqamətində olan küçə və prospektlərdə səhər saat 9:00-dan 13:00-a və 16:00-dan 20:00-a qədər nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir. (Report.Az)

  • Əvvəlki

    Ali Məhkəmə hakimindən şok: qərar elan etdi, sonra isə... - Foto

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0