USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yollarda avtomobillərin eninə və hündürlüyünə dair tələblər dəyişib

25.07.2019 İqtisadiyyat
0 0
Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarında buraxılması nəzərdə tutulan avtomobillərin eninə dair tələb dəyişib.

"Kommersant.az" xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında" qərarına dəyişiklik edib.

Qərara əsasən, ümumi istifadədə olan avtomobil yollarına buraxılması nəzərdə tutulan avtomobillərin eni 2,5 metrdən 2,55 metrə qaldırılıb.

Azərbaycanda V dərəcəli yollara buraxılan avtomobillərin hündürlüyünə dair tələb də dəyişib. Bundan sonra I—IV dərəcəli yollarda olduğu kimi V dərəcəli yollara buraxılan avtomobillərin də hündürlüyü 4 metrə qədər ola bilər. İndiyə qədər V dərəcəli yollara buraxılan avtomobillərin hündürlüyü 3,8 metrə qədər ola bilərdi.

  • Əvvəlki

    Azərbaycanın hərbi təyyarəsi qəzaya uğradı, dənizə düşdü – Pilot axtarılır

Digər xəbərlər