USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıətrafı dəmir yolu xəttinin icra vəziyyəti yoxlanılıb

30.05.2018 İqtisadiyyat
0 0
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı şəhərətrafı dəmir yolu xəttinin yenidən qurulması işlərinin icra vəziyyəti ilə tanış olmaq üçün Sabunçu stansiyasında olub.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Kommersant.Az"a verilən məlumata görə, hazırda Sabunçu stansiyasında yolların və yoldəyişənlərin yenilənməsi, dəmir yolu keçidlərinin avtomobil yolu ilə kəsişməsinin yenidən qurulması, lazımi yerlərdə yerüstü və piyadalar üçün yeraltı keçidlərin inşası, yolun ətrafının hasarlanması, elektrik təchizatı və işarəvermə ilə rabitə sisteminin gücləndirilməsi, stansiyada binaların və platformaların yenidən qurulması işləri aparılır.

C. Qurbanov həmçinin polad magistralda görülən işlərlə tanış olmaq üçün Sumqayıt-sərnişin, Biləcəri yuyucu-buxarlayıcı stansiyalarında, Motorlu rels nəqliyyatı, maşın-mexanizmlərin təmiri emalatxanasında olub və yeni texnologiyaların tətbiqi istiqamətində reallaşdırılan işlərə baxış keçirib.

  • Əvvəlki

    “Qala Həyat”da yeni satış müdiri - TƏYİNAT

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0