USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan ilk dəfə bu məhsulu Yaponiyaya ixrac etdi

29.07.2019 İqtisadiyyat
0 0
Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Baku Non Ferrous and Foundry Company” şirkəti "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Konteyner” MMC ilə birgə Azərbaycan ferroərintisinin Yaponiyaya ilk nəqlini həyata keçirib.

"Kommersant.az" xəbər verir ki, ilk partiyanın alıcısı Tokioda fəaliyyət göstərən "Hanwo Co. Ltd."-dir.

Qırx ton çəkisi olan ilk partiya 2 ədəd 20 futluq konteynerə yüklənərək "ADY Konteyner" MMC-nin balansında olan Sumqayıt terminalından Gürcüstanın Poti limanına yola salınıb. Konteynerlər Potidə gəmiyə yüklənərək dəniz yolu ilə Yaponiyanın Yokohama limanına çatdırılacaq. / AZƏRTAC

  • Əvvəlki

    10 min arı ailəsindən ibarət arıçılıq kompleksi yaradılacaq

Digər xəbərlər