USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezidentdən 135 minlik əhali üçün sevindirici - SƏRƏNCAM

29.07.2019 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev Salyan rayonunun Abadkənd–Kolanı–Xələc–Yenikənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Kommersant.az" bildirir ki, sərəncama əsasən, on bir min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Abadkənd–Kolanı–Xələc–Yenikənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,8 milyon (yeddi milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Qeyd edək ki, Salyan rayonunda 135 mindən çox əhali yaşayır.

  • Əvvəlki

    65 min dollar təqaüd qazanan azərbaycanlı tələbə vəfat etdi - FOTOLAR

Digər xəbərlər