USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı metrosunda daha 2 yeni qatar xəttə buraxılacaq

30.07.2019 İqtisadiyyat
0 0
Bakıya gətirilən yeni qatarların hazırda depoda sazlama işləri aparılır. Gələn ayın ortalarınadək Bakı metrosunda ümumilikdə 10 vaqondan ibarət 2 yeni qatar xəttə buraxılacaq.

"Finans.az" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

O bildirib ki, yeni qatarlar artıq Bakıya gətirilib. Hazırda qatarların depoda sazlama işləri həyata keçirilir. Bundan sonra isə qatarlar sınaqdan keçiriləcək və tezliklə xəttə buraxılacaq.

B.Məmmədov qeyd edib ki, daha 2 yeni qatar isə avqustun sonlarında Bakıya gətiriləcək və bununla da, cari il üçün nəzərdə tutulan yeni qatarların gətirilməsi yekunlaşacaq. (Trend.az)

  • Əvvəlki

    Gömrük Komitəsi hansı nazirliyə birləşdiriləcək? - Ekspertdən şərh

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0