Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust 2019-cu il tarixlərində əlavə qatar təyin ediləcək.
"Azərbaycan Dəmir Yolları" QSC-dən "Kommersant.az"a verilən məlumata görə, Bakıdan 10 avqust 2019-cu il tarixində 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 0740-da yola düşəcək və Gəncəyə saat 1155-də çatacaqdır.
Bakıdan və Gəncədən 13avqust 2019-cu il tarixində 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat 0740-da yola düşəcək və Gəncəyə saat 1155-dəçatacaq, geriyə Gəncədən saat 1830-da yola düşəcək və Bakıya saat 2245-də çatacaqdır.