USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycan Dəmir Yolları"ndan gürcü şirkətinə 50 min dollarlıq - İDDİA

03.08.2019 İqtisadiyyat
0 0
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaratdığı "ADY Exspress" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edərək 50 min dollarlıq iddia qaldırıb.

"Kommersant.az" xəbər verir ki, "ADY Ekspress" 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh "Global Trans Service Group" LLC-yə qarşı pul tələbi irəli sürüb.

"ADY Ekspress" iddiasında "Global Trans Service Group" LLC-dən 47.970,80 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq onlara ödənilməsini xahiş edib.

"ADY Exspress" beynəlxalq yükdaşıma xidməti ilə məşğul olur. "Global Trans Service Group" LLC-ə isə 2009-cu ildə Gürcüstanda yaradılıb. Bu şirkət dəmiryol və dəniz vasitəsilə yükdaşıması sahəsində fəaliyyət göstərir.

"ADY" QSC-nin rəhbəri millət vəkili Cavid Qurbanovdur. (Qafqazinfo)

  • Əvvəlki

    Türkiyədə azərbaycanlı turistlərin avtobusu aşdı - çox sayda yaralı var

Digər xəbərlər