USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobil bazarında son vəziyyət: satan da narazıdır, alan da - VİDEO

05.08.2019 İqtisadiyyat
0 0
Azərbaycanda avtomobil bazarında durğunluq davam edir.

"Kommersant.az" xəbər verir ki, bu, "Report"un Sumqayıt şəhərində yerləşən bazarda apardığı araşdırma nəticəsində məlum olub.

Belə ki, son aylar avtomobillərin qiymətində azalma olsa da, ümumi mənzərə ürəkaçan deyil. Satıcılar alıcı qıtlığından, alıcılar isə qiymətlərin yenə də yüksək olmasından şikayətlənirlər.

Hazırda bazarda əsasən, Rusiya istehsalı olan maşınlar, eləcə də qiyməti 8-12 min manat arasında dəyişən "Mercedes" markalı minik avtomobilləri satılır. Çünki tələbat əsasən bu nəqliyyat vasitələrinədir.