USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtovağzal rəhbərliyi sərt tənqid olundu: “Ayıbdır”

08.08.2019 İqtisadiyyat
0 0
Nərmin Şamilbəyli: “Hər şeyə “qız tutmaq” gözüylə baxan “gədə-güdə”lər niyə təlimatlandırılmır?”

"Bakı Beynəlxalq Avtovağzal Kompleksində ingilis dilini düz-əməlli bilən bir dispetçer olmadığı üçün əcnəbi turistlər çaş-baş qalırlar. Ölkəyə turist gəlirsə, düz əməlli bir xidmət də tərtib emətk lazımdır".

Bizimyol.info xəbər verir ki bu barədə ictimai fəal Nərmin Şamilbəyli sosial şəbəkədə yazıb.
O, avtovağzalda şahidi olduğu iki əcnəbi şəxsin məlumat almaq üçün yaxınlaşdığı konduktorların onlara olan münasibətini tənqid edib: "2 əcnəbi cavan qız avtobus konduktorlarından nəsə soruşur, onlar da yola verib gülürlər. Hər şeyə "qız tutmaq" gözüylə baxan bu "gədə-güdə"lər niyə təlimatlandırılmır ki? Ölkəni belə təmsil etməzlər axı. Ayıbdır".

Məsələ ilə bağlı açıqlama verən Bakı Beynəlxalq Avtovağzal kompleksinin mətbuat katibi Pərvin Məmmədova bildirib ki, avtovağzalın kassirləri ingilis dillərini bilirlər: "Turistlər də nəzərə alınaraq kassada çalışan xanımlara ingilis dilində kurs keçirilib. Bizim "Məlumat Mərkəzi"miz fəaliyyət göstərir. İstər yerli, istərsə də əcnəbi vətəndaşlar yaxınlaşıb onları maraqlandıran suallara cavab ala bilərlər! Və gəlin qəbul edək ki, biz də başqa ölkələrə gedəndə heç kim bizi Azərbaycan dilində qarşılamır".