USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıdan Sumqayıta və Xırdalana avtobusların sayı artırılır

13.09.2019 İqtisadiyyat
0 0
Azərbaycanda yeni tədris ilinin başlaması ilə əlaqədar sentyabrın 15-dən Bakıdan Sumqayıta və Xırdalana hərəkət edən avtobusların sayı artırılacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, məqsəd tələbə və şagirdləri təhsil ocaqlarına vaxtında çatdırmaq və sıxlığın qarşısını almaqdır: "Bunun üçün daşıyıcı şirkətlərlə görüş keçirilib və avtobusların sayının artırılması üçün xüsusi tapşırıq verilib. Əsasən 595, 535 və 523 saylı marşrut xətlərinə tələbat çox oluğundan, həmin istiqamətlərdə avtobusların artırılmasına dair tələb qoyulub".

  • Əvvəlki

    Hesablama Palatası AZAL-ın maliyyə hesabatlarını açıqlamamasına - MÜNASİBƏT

Digər xəbərlər