USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət şirkəti 10 ədəd avtobus və yük maşını alır

14.09.2019 İqtisadiyyat
0 0
"Azərxalça” ASC 5 ədəd avtobusun alışına dair tender elan edib.

Seçim açıq tender üsulu ilə keçirilir. Tenderdə iştirak haqqı 700 manat təşkil edir.

Tenderin şərtlərinə görə, avtobuslar 26+1 və ya 28+1 tutumlu olmalıdır.

Şirkətlərdən tender təklifləri 2019-cu il oktyabrın 10-u saat 16:00-dək qəbul olunur. Təklif oktyabrın 11-i saat 11:00-da açılacaq.

Bundan başqa, "Azərxalça" tutumu 12 tondan artıq olmayan (yük ilə birlikdə) 5 ədəd yük avtomobilinin alışına dair tender elan edib.

Bu tenderdə də iştirak haqqı 700 manatdır.

Şirkətlərdən tender təklifləri 2019-cu il oktyabrın 10-u saat 11:00-dək qəbul olunur. Təklif oktyabrın 11-i saat 11:00-da açılacaq.

"Azərxalça" Azərbaycan prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı əsasında yaradılıb.

  • Əvvəlki

    Həftəsonu ölkədə qızıl bahalaşdı, gümüş isə ucuzlaşdı

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0