USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda bu yerlərdə parklanma qadağan ediləcək - RƏSMİ

01.06.2018 İqtisadiyyat
0 0
Paytaxtın əsas küçələrində hərəkətə mane olan yerlərdə parklanma qadağan ediləcək.

"Kommersant.Az" bildirir ki, Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, qarşıdakı aylarda diqqət mərkəzində olacaq daha bir mühüm məsələ nəqliyyatın hərəkətini çətinləşdirən avtomobillərin parklanma qaydalarının pozulması ilə bağlı olacaq:

"Agentliyin mütəxəssisləri şəhərin əsas arterial damarı hesab edilən 11 küçədə parklanma ilə bağlı vəziyyəti təhlil edib və artıq bu yay yol hərəkətinə mane olan yerlərdə parklanma qadağan ediləcək".

Onun sözlərinə görə, bununla yanaşı, paytaxtda 74 yol kəsişməsində nəqliyyatın vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihə də icra ediləcək: "Bu çərçivədə müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək".

  • Əvvəlki

    Prezident icra başçısını işdən çıxartdı – SƏRƏNCAM

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0